Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rusiyada azərbaycanlı milyonerə hücum ediblər
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı iş adamlarına hücum edən cinayət qrupunu saxlamağa müvəffəq olublar, Oxu.Az Fontanka.ru-ya istinadən xəbər verir.
Oktyabr ayının 30-da təxminən saat 6 radələrində Federal Təhlükəsizlik Xidməti İdarəsinin və Cinayət axtarış şöbəsinin əməkdaşları axtarış və həbs əməliyyatlarına başlayıblar.
Günortaya yaxın onlar bağ evlərində tapança və pulemyotların gizlədildiyi yerləri tapıblar. Qərb istehsalı olan qumbaralar, müasir növlü partlayıcılar ekspertizaya aparılıb. Tapılan tapançaların bir hissəsi FTX, DİN və Cəza İcraatı üzrə Federal xidmət (CİFX) hissələrində qeydiyyatda olub. Eyni zamanda zirehli jiletlər, müxtəlif güc idarələrinin loqotipləri olan xüsusi təyinatlı dəstələrin ştat geyimi müsadirə edilib.
Bütün tədbirlər daha öncə Pulkovada qarətçilik üzrə açılmış cinayət işləri çərçivəsində aparılıb.
Xatırladaq ki, cari ilin iyul ayının 15-də Dubay-Peterburq reysi ilə 40 yaşlı Azərbaycandan olan iş adamı gəlib.
Onun gətirdiyi 1,5 milyon üçün Deklarasiya tərtib edildikdən sonra, o “Pulkovo” aeroportundan çıxıb, bu zaman ona və cangüdənlərinə hücum olub. Bir qrup qara geyimli gənc adam İstintaq Komitəsi geyimində həm mühafizəçiləri, həm də biznesmeni oğurlayıblar. Sonra isə Volxovski şosesində onları maşından düşürüblər, 1,5 milyonu isə qənimət götürüblər.
Bir neçə ay bundan öncə elə həmin yerdə daha bir Azərbaycan vətəndaşı eyni vəziyyətə düşüb və 3 milyon dollarını itirib. Buna qədər isə 2013-cü ilin 11 sentyabr tarixində daha bir azərbaycanlı iki milyon yarım dollar olan çantası ilə vidalaşmalı olub.
Oktyabrın 30-da İstintaq Komitəsinə altı nəfər idmançı cüssəli şəxs gətirilib.
30 yaşlı Vitali Samsonov, daha çox Rusiyanın futbol üzrə gənclərin yığma komandasının kapitanı Oleq Samsonovun qardaşı kimi məşhurdur. Məlumdur ki, o, “Zenit”ə 2006-cı ildə Dike Avokatın dövründə gəlib, indi isə “Tüme” üçün oynayır. Yeri gəlmişkən öz müsahibələrində o qardaşı Oleqin adını tez-tez çəkirdi və Peterburqa məhz ona görə gəldiyini deyirdi.
32 yaşlı İqor Xludkov. O, jurnalistlərə öz cəsurlğu ilə tanışdır. 2012-ci ilin mayında Kantemir küçəsində Xludkov “Slenqa” mühafizə müəssisəsində işləyərkən külli miqdarda pul gətirən bir müştəriyə olan silahlı basqını dəf edib. Hücum edənlərdən biri öldürülüb.
38 yaşlı CİFX Peterburq və Leninqrad vilayəti üzrə İdarənin podpolkovniki, cari “Tayfun” dəstəsinin əməkdaşı Pavel Qriqoriyev.
31 yaşlı keçmiş Primorsk rayonunun 44-cü bölməsinin cinayət axtarış şöbəsinin əməliyyatçısı Anton Kulikov. O da 2008-ci ildə “Fontanka”da görünüb. Məhz o zaman “Beverli Hils” turizm şirkətinin baş direktoru Yevgeniya öz dostları Kulikov və Vitali Samsonovdan əməkdaşına borcunu xatırlatmağı xahiş edib. Kulikov qızı Pulkovoda qarşılayıb və onda amfetamin tapıb. Bunun üçün Kulikov sonradan mühakimə olunsa da, 2011-ci ildə azad edilmişdi.
“Fontanka” bəzi nüansları açıqlaya bilib.
Quldurlar Çikaqo qanqsterləri üslubunda həyat sürürdülər. Samsonov və Xludkov “Bentley” sürürdülər. Onların həm də BMW Х5-ləri var idi. Deyilənə görə o birilər də “təknə” sürmürdülər. Materiallarda Peterburqun seçilmiş xanımlarının bəzən onlara gözəl maşınlar hədiyyə etdikləri də deyilir. Belə mənzərə qarşısında restoran və əla növ viski qəpik-quruş hesab edilirdi. İki “İnfiniti” müsadirə edilib. Bütün bunlar “Uğur centlmenləri” filmindən məşhur “Maqnitofonlu avtomobil alacam, bərq vuran kostyum tikdirəcəm, və Yaltaya!” aforizmini xatırladır.
FTXİ-də “Fontanka”ya deyildiyi kimi, “bu, hələ başlanğıcdır”. Məlumata görə oktyabr ayının 31-də İstintaq Komitəsi banditizm üzrə cinayət işi açacaq və günü sabah həbs üçün icazə ərizəsi verəcək.
A.İ.
www.oxu.az
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar
- Bərdəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiki polis aşkarlayıb
- Bakıda və Sumqayıtda bank kartından pul oğurlayan şəxslər saxlanılıblar
- Bakının üç rayonunda silah-sursat aşkarlanıb
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb