İyulun 6-sı axşam Rusiya Federasiyası Saxalin vilayəti üzrə İstintaq Komitəsinin Cənubi-Saxalin şəhəri istintaq idarəsinə daxil olan məlumata görə, Lenin küçəsində yerləşən bankların birinin yaxınlığında 30 yaşlı əslən azərbaycanlı olan kişi 27 yaşlı həmyerlisinin avtomobilinə atəş açıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, törətdiyi əməldən sonra hadisə yerindən uzaqlaşıb.
Ayağından odlu silah yarası alan zərərçəkəni təcili olaraq F.S.Ankudinova adına Şəhər xəstəxanasına çatdırıblar və təcili yardım göstəriblər.
Fakt üzrə Cənubi-Saxalin şəhər istintaq idarəsində ilkin araşdırma aparılır. Baş verənlərin səbəbləri və cinayəti törədənin şəxsiyyəti müəyyənləşdirilir.