Opoçenski rayon prokuroru Rusiyanın İstintaq Komitəsinin Pskov vilayəti üzrə İstintaq idarəsi tərəfindən 28 yaşlı Azərbaycan vətəndaşına qarşı rüşvət verməyə cəhd faktı üzrə qaldırılan işə dair Opoçenski rayonlararası məhkəmənin verdiyi qərarı qanuni və əsaslandırılmış hesab edib.
Oxu.Az xəbər verir ki, bu barədə Pskov vilayət prokurorluğu məlumat yayıb.
2015-ci ilin noyabr ayının 19-da Opoçensk polis bölməsində öz xidməti kabinetində olarkən o, şöbənin əməliyyatçısından spirtli içkilərin qanunsuz satışı faktının üzə çıxarılması çərçivəsində aparılan əməliyyat-axtarış tədbiri zamanı ondan müsadirə olunan 104 min rublu qanunla göstərilmiş qaydalardan yan keçərək ona qaytarılmasına yardım etməsini istəyib.
Cinayətkar polis əməkdaşının stolunun üzərinə 100 dollar pul qoyub. Rüşvət götürməkdən imtina edən daxili işlər orqanının əməkdaşı cinayət barədə Rusiyanın DİN idarəsinə bildirib.
İstintaqın gedişatı və araşdırmanın nəticələri prokurorluq tərəfindən nəzarətə götürülüb.