Rusiyanın Vladivostok şəhərində narkopolis böyük həcmdə heroin partiyası aşkar edib, Oxu.Az PTR Novosti-yə istinadən xəbər verir.
Nadibaidze küçəsində polietilen bağlamada heroin aşkar edilib. Aşkar edilən heroinin çəkisi bir kiloqramdan artıq olub. Tezliklə bu heroini saxlamaqda şübhəli bilinən şəxs də saxlanılıb. Bu, Azərbaycan vətəndaşı olub.
Polis artıq saxlanılan şəxsin Vladivostokda heroin satışı ilə məşğul olan mütəşəkkil cinayət qrupunun fəaliyyətinə aidiyyatı olduğunu müəyyənləşdirib.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs nəzarət altına alınıb.