Rusiyada Zelenoqrad şəhərində kiçik kafenin yaxınlığında bıçaqlaşma hadisəsi qeydə alınıb. Davadan sonra üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az İnterfaks-a istinadla xəbər verir ki, kafenin yaxınlığında dava edənlərin azərbaycanlılar olduğu məlum olub. Qeyd olunur ki, onlar tikinti şirkətinin fəhlələridir.
Zelenoqradın polis əməkdaşları davanın səbəblərini araşdırır.
Bıçaq yaraları alanlar 1 saylı evdə yerləşən kafenin yaxınlığında tapılıb. Hüquq-mühafizə orqanları artıq xəsarət alanları dindirib və onlara hücum edənlərin adlarını öyrənə biliblər.
Faktla bağlı cinayət işi açılıb.