Yanvar ayının 25-də 32 yaşlı Azərbaycan vətəndaşı Aleksandrovski xəstəxanasına aparılıb, amma aldığı yaralardan bir saat sonra keçinib.
Oxu.Az lifenews78.ru-ya istinadən xəbər verir ki, kişidə yan və sağ çiyinin kəsilmiş-deşilmiş yarası, qarının açıq travması və qapalı kəllə-beyin travması aşkar edilib.
“Kişini Krılenkoda yerləşən bilyard salonundan gətiriblər. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatını aydınlaşdırır”, - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Məlumata əsasən azərbaycanlı Sankt-Peterburqda qeydiyyatsız yaşayıb.
Faktla bağlı “sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb.