Şaxta şəhərinin polisi, əlləri və ayaqları böyük çamadanda tapılan 47 yaşlı əslən azərbaycanlı olan kişinin qətlinin üstünü açıb.
Oxu.Az bloknot-shakhty.ru-ya istinadən xəbər verir ki, daktiloskopiyanın yardımı ilə kriminalistlər qətlə yetirilən şəxsin kimliyini müəyyənləşdiriblər. Bundan başqa bir evin zirzəmisindən onun bədəni və başı aşkar edilib. Onun sağlığında əlaqədə olduğu adamlar müəyyən edilib.
Şahidlərlə və qətlə yetirilən şəxsin tanışları ilə iş zamanı şübhəli şəxs ortaya çıxıb.
Bu, 39 yaşlı Şaxta sakinidir. O, dindirilmə zamanı tanışını öldürdüyünü etiraf edib.
Saxlanılan şəxsin versiyasına görə, tanışlar onun evində spirtli içki içib, daha sonra mübahisə etməyə başlayıblar. Söz davası sonradan yumruq davasına keçib. Münaqişə zamanı ev sahibi baltaya əl atıb və tanışına bir neçə zərbə endirib.
Törətdiyi əmələ görə alacağı cəzadan qorxaraq, meyiti hissələrə ayıraraq ondan yaxa qurtarmaq qərarına gəlib.
Cinayət Məcəlləsinin “Qətl” maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxs 20 il müddətinə azadlıqdan məhrum oluna bilər.
4 mart
Rusiyanın Rostov vialyətində insanın aşağı ətraflarının olduğu çamadan aşkarlanıb. Bu barədə martın 2-də sosial şəbəkədə məlumat yayılıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, mütəxəssislər əl izlərinə əsasən müəyyən ediblər ki, tapılmış aşağı ətraflar azərbaycanlıya məxsusdur. Cinayətə görə həbs cəzası çəkdiyi türmədən azadlığa çıxmış azərbaycanlı Rostov vialyətinin Şaxta şəhərində məskunlaşıb.
Məhkəmə tibbi ekspertizasının rəyinə görə, azərbaycanlı təxminən bir ay əvvəl ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Hələ ki, azərbaycanlının ölüm səbəbləri naməlum qalır. Həmçinin kimin meyiti doğradığı və çamadana qoyub atması məqsədləri hələlik aydın deyil.
Rusiya Daxili İşlər Nazirliyinin Şaxta şəhəri üzrə idarəsindən Vesti.Az-a bildiriblər ki, öldürülən şəxs Tağıyev Nail Cabir oğludur (1969-cu il təvəllüdlü). O, beş ildən artıq idi ki, Rostov vilayətində yaşayırdı. Tağıyev Rusiya vətəndaşı olub.