Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin əməkdaşları 35 yaşlı azərbaycanlı və 40 yaşlı ermənini yük maşını sürücüsünə soyğunçuluq hücumunda şübhəli bilinərək həbs edib.
Bu barədə Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
“Polislər müəyyən edib ki, 2014-cü ilin noyabrın 11-də M4 “Don” yolunun 39-cu kilometrində şübhəlilər 32 yaşlı ukraynalının idarə etdiyi yük maşınını saxlayaraq ona silahla hədə-qorxu gələrək ondan 2.5 milyon rubl (29250 man) məbləğində mal oğurlayıblar,” – məlumatda deyilir.
Fakla bağlı “xüsusi böyük məbləğdə soyğunçuluq” maddəsi üzrə cinayət işi açılıb, həbs olunanları 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
www.oxu.az