Rusiya İstintaq Komitəsinin Don vilayəti üzrə İstintaq İdarəsi Alik İbrahimova dair nifrət və düşmənçiliyin yaradılması maddəsi ilə açılmış cinayət işini məhkəməyə göndərib, Oxu.Az bu ölkənin mətbuatına istinadən xəbər verir.
İstintaqın versiyasına görə, 2015-ci ilin avqust ayında İbrahimov Tselina qəsəbəsindəki mitinqə toplaşanları erməni millətinin nümaynəndələrinə qarşı güc tətbiq etməyə çağırmağa başlayıb.
İstintaqın gedişatında müttəhim öz günahını tamamən etiraf edib. İndi o göz altına alınıb.
“İstintaq tərəfindən yetərli dəlil bazası toplanıb, cinayət işi prokurorluq tərəfindən təsdiqlənmiş ittiham çıxarışı ilə mahiyyəti üzrə baxılması üçün Tselina rayon məhkəməsinə göndərilib”, - idarənin nümayəndəsi Qalina Qaqalayeva bildirib.