Gəncəli qanuni oğru, 33 yaşlı Əli Heydərov Rusiyanın Sankt-Peterburq şəhərində tutulub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Alik Rıji” və ya Albert Gəncinski kimi də tanınan Əli Heydərova qarşı cinayət işi keçən ilin aprel ayından qaldırılıb.
O, 2012-ci ildə Arxangelsk şəhərindən Sankt-Peterburqa gəlib və orada Ded Hasanın tövsiyəsi ilə ona “qanuni oğru” adı verilib. O, Rusiyaya 1996-cı ildə Gəncədən gedib.
Əli Heydərov Sankt-Peterburqda ucuz “Cip” satışı adı altında müştəriləri cəlb edərək qarət edən cinayət qruplaşmasına rəhbərlik edib.