Moskvada diri-diri basdırılan azərbaycanlı iş аdamı Hikmət Salayevin başına gələnlərlə bağlı bəzi məqamlar aydınlaşıb.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, əslində H.Salayevin şəriklərinə 1 milyon 500 min rubl borcu olub. Bu borcu isə şərikləri ona yox, əmisi oğluna veriblərmiş. Amma əmisi oğlu həmin borcu qaytarmadığından şərikləri Hikmətə müraciət ediblər. Hikmət isə yaxın zamanda borcu qaytara bilməyəcəyini bildirib. Bundan sonra pul sahibləri “Prokladka” ləqəbli “qanuni oğru”ya müraciət ediblər və onunla görüş təyin ediblər. Hikmət görüşə gedəndə məlum olub ki, “Prokladka” tək deyil. Onunla birgə 30-dək silahlı şəxs də Hikməti gözləyir.
“Qanuni oğru” Hikmətlə qısa söhbətdən sonra ona xərac qoyub. Hikmətə bildirilib ki, artıq onun borcu 1 milyon 500 min yox, 30 milyon rubldur.
Hikmət bu qədər pulu vermək iqtidarında olmadığını deyib. Cavabında isə onu Lyubersk rayon qəbiristanlığana apırıb basdırıblar. Hikmət quldurların onu diri-diri basdıracaqlarını görüb qardaşına zəng etmək istədiyini bildirib.
Bir saatdan sonra onun qardaşı bir milyon pul və iki bahalı avtomobil gətirərək quldurlara verib. Bundan sonra Himkəti sərbəst buraxıblar.
Quldurların əlindən qurtulan Salayev Moskva şəhəri “Marğinskiy Park” polis idarəsinə üz tutub və baş verənlərlə bağlı ərizə yazıb. Polis isə onun ərizəsini qəbul etməyib. Ona beləcə də deyilib: “Siz azərbaycanlılar, gedin, öz problemlərinizi özünün bildiyiniz kimi həll edin”. Bundan sonra Salayev Federal Təhlükəsizlik Xidmətinə müraciət edir. Aparılan əməliyat nəticəsində onun şəriklərindən biri saxlanılıb.
11:28 (3.06.2017)
Rusiyada hədə qorxu ilə pul almağa çalışanlar qurbanı məzarlıqda diri-diri basdırdılar. Hədə-qorxu gələnlərdən biri Azərbaycan vətəndaşıdır və hal-hazırda o, saxlanılıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in Moskva üzrə İdarəsindən bildiriblər.
Azərbaycan vətəndaşının da daxil olduğu dəstənin üzvləri iyun ayının 1-də Moskva vilayətinin Lyubertsı şəhərindəki kafedə bir kişi ilə görüşüb və ondan 30 milyon rubl tələb ediblər.
İstədikləri məbləği əldə edə bilməyən dəstə üzvləri “qurban”ını şəhət ətrafında yerləşən qəbristanlığa aparıblar və burada onu diri-diri basdırıblar. Bu da nəticə verməyincə, dəstə üzvləri həmin şəxsi qohumlarına zəng etməyə məcbur ediblər. Qohumlardan yalnız 1 milyon rubl və avtomobli ala bilən “reket”lərdən yalnız 1 nəfər - Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hazırda zərərçəkən xəstəxanadadır, o, müxtəlif dərəcəli sınıq və travmalar alıb.
Fakt üzrə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət işi açılıb. Şübhəli şəxslərdən biri saxlanılıb və istintaqa ifadə verir. Dəstənin digər üzvlər axtarışdadır.
S.S.
www.oxu.az