Rusiyanın Nijeqorod vilayətinin Pavlovo şəhərində bir qrup Azərbaycan sakini Ermənistan vətəndaşına məxsus olan kafeyə hücum çəkib.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Alleya İlyiça küçəsində yerləşən “Montana” kafe-barına səkkiz nəfərdən ibarət qrup, Azərbaycan vətəndaşları daxil olub və xuliqanlıq ediblər.
Nəticədə kafedə bir neçə masa və stul, güzgülər sındırılıb. Hücum edənlərdən biri kafenin kassirindən 20 min pul alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.