Neftyuqansk-Surqut avtomobil yolunda Federal narkotiklərin dövriyyəsinə nəzarət xidmətinin əməkdaşları xarici vətəndaşın maşınını saxlayıblar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, əslən Azərbaycandan olan kişi Neftyuqanska həşiş aparırdı.
Ümumi çəkisi 2 kq 829 qr olan dörd bağlama müsadirə edilib.
İstintaq kişinin Yuqraya işə düzəlmək məqsədi ilə gəldiyini müəyyənləşdirib.
O, həşişi Neftyuqanska satmaq üçün gətirib. Cinayətkar saxlanılıb və müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.