Rusiyada adam öldürdüyünə görə axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Bu barədə Oxu.Az DİN-in saytına istinadən məlumat verir.
Beyləqan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İlyas İmanov tutulub.