Polislər 16 yaşlı Azərbaycan vətəndaşına hücum edən və ona qılıncla zərbələr endirən 28 yaşlı moskvalını saxlayıblar.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanındakı mənbənin “360” telekanalına verdiyi məlumata görə, hücum edən şəxs yeniyetmənin atasını da həmin silahla yaralayıb.
“Martın 30-da saat 18:10 radələrində növbətçi hissəyə 46 yaşlı Azərbaycan vətəndaşı müraciət edib. Müraciət edən şəxs Otradnı küçəsində yerləşən “Ərzaqlar” mağazasının yanında naməlum şəxsin onun onbirinci sinifdə oxuyan oğluna hücum edərək qınıcla yaraladığını bildirib. Zərbədən uşağın əli və barmaqları kəsilib”, - telekanalın həmsöhbəti bildirib.
Saxlanılan şəxsə qarşı sağlamlığa bilərəkdən zərər vurmaq maddəsi ilə cinayət işi açılıb, heç bir yerə getməmək barədə iltizam alınaraq buraxılıb.