Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyaya yüzlərlə kiloqram heroin keçirən şəxs Azərbaycanda SAXLANILDI
Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini keçirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. Bildirilib ki, onun hazırda Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.
"Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub", - hüquq-mühafizə orqanları məlumat yayıb.
İttihama görə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində bir sıra xüsusilə təhlükəli cinayətləri təşkil etməkdə təqsirli bilinir. Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini keçirib. Bu işdə təqsirli olanların bir çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı kimi Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- "Bu gün satılan narkotiklər insanı zombiyə çevirir" - Nail Kəmərli nələrlə üzləşdiyindən danışdı
- Hamburq limanında 24 milyon avroluq kokain ələ keçirildi
- İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs HƏBS EDİLDİ
- Lənkəranda 18 kiloqram narkotik aşkarlanıb
- Astarada 207 kiloqramdan artıq narkotik vasitə aşkar edildi