Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rüşvətə görə həbs olunan hərbi komissar 8.5 il azadlıqdan məhrum edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevə hökm oxunub.
"Report"un əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə sabiq rəisin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, R.Ağayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Fotoda Rahim Ağayev
"Rüşvətalma" teqi üzrə xəbərlər
- Keçmiş baş həkim 1.6 milyonluq mənimsəmədə təqsirləndirilir: Aldatdığı deyilən müğənni işçisi olub?
- Kənd Təsərrüfatı Nazirliyinin sabiq idarə rəisi hakim qarşısında
- Rüşvət alan xəstəxana rəhbəri və həkimə şərti cəza verildi
- Nazir: "Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır"
- Vətəndaşların ad-soyadlarını qanunsuz dəyişən rəisə 9 il həbs cəzası verildi
Rəylər