Gəncədə qətl törətdiyi üçün axtarışda olan şəxs intihar edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşad Rzayev Göygöl rayonunun Alıməmmədli kəndində əkin sahəsində özünü asaraq intihar edib.
Məlumata görə, R. Rzayev aprelin 13-də Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Tural Mustafa oğlunu şəhərin Dəmir Yol Vağzalı yaxınlığında bıçaqlayaraq qətlə yetirib.
R.Rzayev hadisəni törətdikdən sonra qaçıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.