Külli miqdarda dələduzluqda ittiham olunan "Gerlift Group" MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmədə Tural Nəcəfova hökm oxunub.
Xatırladaq ki, prokuror Tural Nəcəfovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyi, sabiq deputat Hacı Salayev, həmçinin Nəcib Səlimov və Bəxtiyar Məmmədov tanınıblar.
Araşdırmalar zamanı məlum olub ki, Tural Nəcəfov özünü geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edərək zərərçəkmişlərin inam və etibarını qazana bilib.
DGK-nın "Azərterminalkompleks" Birliyinə 265 min 721 manat, Hacı Salayevə isə 157 min manat zərər dəyib.