Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafilin oğlu yol qəzasına düşüb.
Oxu.Az xəbər verir ki, İ. İsrafil bu barədə facebookda yazıb.
Onun sözlərinə görə, hadisə Şəki rayonunun Şirinbulaq kəndi ərazisində qeydə alınıb. Pərvin İsrafilin idarə etdiyi “Opel” markalı maşın təkəri partlaması nəticəsində yoldan çıxaraq ağaca çırpılıb.
Xəsarət alan olmayıb.
E.Ə.
www.oxu.az