Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sabiq prokurorun qardaşı cinayət məsuliyyətinə cəlb edildi
Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.
"Report"un əldə etdiyi məlumata görə, ona verilən ittihama görə, Rasim İldırım "Bakutime.az" saytının təsisçiləri olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.
Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da "Əmrah Bank"ın təsisçisi Yunus İldırımzadədir.
Fotoda Yusif İldırımzadə
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub
- Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin İLGİNC TƏFƏRRÜATI
- Arvadını qətlə yetirən 55 yaşlı kişinin etirafları: "Qızımın ailəsini dağıtdı, məni bezdirdi"
- Habil Vəliyevə bu dəfə daha ağır cəza verildi