Bakıda qətl hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə saat 23 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.
Yaşadıqları evdə aralarında yaranmış münaqişə zəminində 1995-ci il təvəllüdlü Aqil Qulamzadənin qətlə yetirilməsində qardaşı, 1999-cu il təvəllüdlü Hikmət Qulamzadə şübhəli bilinir.
H.Qulamzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12