Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində yerləşən evlərin birində 1972-ci il təvəllüdlü Sevinc Məmmədova bıçaqla qətlə yetirilib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən qadının oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, öldürülən qadın 2021-ci ildə İstanbulda vəfat edən ictimai fəal Bayram Məmmədovun anası, şübhəli şəxs qardaşıdır.
Qaynar xətt:
(055) 224 12 12