Salyan Rayon Polis Şöbəsinə müraciət edən Kolanı kənd sakini Ə.Cəbiyev oktyabr ayının 25-də bank hesabından 1 000 manat pulunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.