Bu gün, saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən kecən 45-ci kilometirliyində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib.
Neftçala rayon sakini Abdulla Əsgərovun Salyan-Şirvan marşrut xətti üzrə idarə etdiyi “Mercedes-Benz” markalı, 99-SK-685 dövlət qeydiyyat nişanlı mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb, altı nəfər sərnişinə isə ilkin tibbi yardım göstərilib.
Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
15:13
Salyan rayonunun Qırxçıraq kəndi ərazisində mikroavtobusun aşması nəticəsində səkkiz nəfərin xəsarət aldığı məlum olub.
“Report”un Aran bürosunun məlumatına görə, bunlar Salyan sakini, 1964-cü il təvəllüdlü İlqar Dursun oğlu Əsgərov, 2006-cı il təvəllüdlü Aysun Elmir qızı Əsədova, 1960-cı il təvəllüdlü Telman Sabir oğlu Əzizov, 1950-ci il təvəllüdlü Qönçə Habil qızı Rəhimova, 1951-ci il təvəllüdlü Südabə Allahverən qızı Mehdiyeva, 1969-cu il təvəllüdlü Nigar Məzahim qızı Qarayeva, 1957-ci il təvəllüdlü Qətibə Seyfulla qızı Əliyeva və Neftçala rayon sakini, 1990-cı il təvəllüdlü Aysel Valeh qızı Əsgərovadır.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, saat 12:30 radələrində Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisindən kecən 45-ci kilometirliyində iki n...
13:50
Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyanın Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Mikroavtobusun aşması nəticəsində altı nəfərin xəsarət aldığı bildirilir.
Rəylər