Şamaxıda əvvəllər məhkum olan şəxsin evindən avtomat tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Şıxəliyevin yaşadığı evə baxış zamanı oradan qundağı kəsilmiş, nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.