“Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun icra nümayəndəsi İsrafil Əliyevi şantaj etməsinin bəzi detalları bəlli olub.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi dairəsi üzrə nümayəndəsi İ.Əliyev aprelin 13-də “Cənub.az” internet saytının redaktoru Zahir Əmənovun onun övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək 1500 manat pul aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Z.Əmənov saxlanılıb.
10:42
Azərbaycanda sayt rəhbəri saxlanılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib.
Bildirilib ki, “cenub.az” xəbər portalının rəhbəri Zahir Əmənov Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyevdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.