Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Sədərək"də qadın həmcinslərini döyən sahibkara şərti cəza verildi
Qaradağ Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zəminə Səfərovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Səfərovaya şərti cəza verilib.
İttihama görə, Zəminə Səfərova 8 dekabr 2023-cü il tarixdə saat 16 radələrində ticarətlə məşğul olduğu "Sədərək" ticarət mərkəzində onunla yanaşı mağazada işləyən zərərçəkmiş Nailə Qafarovanın (şərti) satışda olan geyim paltarlarının, manekenin ona maneçilik törətməsini bəhanə edərək səliqəsiz vəziyyətə salıb. Sonra o, zərərçəkmişin boğazından tutub dizləri üstə yerə çırpıb, saçlarından dartıb. Daha sonra dəmir boru ilə Nailəyə zərbələr endirib.
Bundan başqa, Zəminə Səfərova 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində eyni bəhanə ilə Nailə ilə mübahisə edib, onu döyməyə başlayıb. Həmin vaxt onu sakitləşdirərək istəyən zərərçəkmiş Aygün Ələsgərovanı (şərti) da dəmir boru ilə vurub.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Şəhidin xanımını öldürən qardaşına CƏZA VERİLDİ
- Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata ağır cəza istənilib
- Ailəsindən xəbərsiz Bakıya qaçdı, gizli yaşadığı sevgilisini öldürmək istədi
- Samuxda məktəb direktoru döyülüb: "Hadisə vaxtı 1000 manatlıq üzüyüm itib"
- Tarix müəllimlərinin mübahisəsi məhkəmə ilə bitdi