Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəki həbsxanasında arvad ərini sevindirə bilmədi – FOTO
Şəki Penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb
Oxu.Az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki Penitensiar müəssisəsində saxlanılan, şəxs İbrahim Süleyman oğlu Uğruyevin yanına qısamüddətli görüşə gələn həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Nərminə Şaban qızı Uğruyeva həbxanaya telefon keçirməyə cəhd edib.
N.Uğruyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş daxilində “Sim” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülüb.
İ.Uğruyev Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Nazirin cəzaçəkmə müəssisəsinin rəisini işdən çıxarma SƏBƏBİ MƏLUM OLDU
- Azərbaycan vətəndaşının Qazaxıstandan ekstradisiyası təmin edildi
- Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar
- Azərbaycanda bir ayda 1800-dən çox AİLƏ DAĞILIB
- Qərbi Azərbaycandan olan şəxslərə imtiyazlar verilə bilər