“Miss Globe International” Azərbaycan milli seçim turlarının qalibi Banu Şücai müsabiqədən kənarlaşdırılıb.
Oxu.Az-ın məlumatına görə, hal -hazırda müsabiqəyə təşkilatçılıq edən "Z-Company" şirkətinin rəhbəri Zamiq Yunisov tərəfindən söylənilən səbəb bu olub ki, Banu əvvəl “Miss Globe International” gözəllik müsabiqəsinin təşkilatçısı olan "Merac Production" şirkəti və Nigar Məmmədova tərəfindən seçilib.
Ona görə o bu müsabiqədə iştirak edə bilməz. "Z-Company " şirkətinin icraçı direktoru Pərviz Əzimzadə Banunun yerinə artıq başqa xanımın seçildilyini və adının hələlik sirr olaraq saxlanıldığını bildirib.

Aytən Sadıqzadə
www.oxu.az