Bakının Suraxanı rayonunda Emil Bədəlov adlı 14 yaşlı oğlan itkin düşüb.
Oxu.Az xəbər verir ki, İtkin düşmüş Emilin qohumlarının Milli.Az-a verdikləri məlumata görə, ötən gün evdən çıxan yeniyetmə hələ də tapılmayıb.
Onların açıqlamalarına görə, Emilin ailəsi Suraxanı rayonunda həyət evində qalır. Yeniyetmə adi bir gündə yox çıxıb.
“Emilin ailəsi həyət evində qalır, o, həmişə olduğu kimi evdən çıxıb ki, gedib dostları ilə oynasın.
Ancaq bir müddət keçəndən sonra onu görən olmayıb. Evlərinin ətrafında göl də var, oralarda da axtarış olub. Suraxanı Rayon Polis İdarəsinə də müraciət eləmişik. Ötən gündən onlar da axtarışa başlayıblar”.
Xahiş olunur, onu görənlər 055-271-04-00 əlaqə nömrəsinə zəng vursunlar.
