Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb - VİDEO
Şəkidə obyektə ov tüfəngi ilə atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 28-də saat 19:30 radələrində Şəki şəhərində yerləşən obyektlərdən birinə naməlum şəxs tərəfindən ov tüfəngi ilə atəş açılması barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Famil Abduləli oğlu Səmədov saxlanılıb.
Ondan hadisə zamanı istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.

"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Abşeronda üç nəfərə otuz min manatdan çox ziyan vuran şəxslər SAXLANILDILAR
- Azərbaycanda DƏHŞƏT: Sürücü maşını ilə onu döyən şəxslərin üstündən keçdi
- Oğlan yetkinlik yaşına çatmayan sevgilisini kimsəsiz evə apardı - Kürdəmirdə dəhşətli hadisə
- Ələsgər Məmmədli ilə bağlı qərar verilib
- Bakıda narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR