Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

4 uşaq anası ərinin qanını tökdü
Şəmkirdə qadın 16 illik həyat yoldaşını bıçaqlayıb.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.
Tez-tez dalaşdığı deyilən ərlə arvadın növbəti münaqişəsi zamanı qadın həyat yoldaşına bıçaqla xəsarət yetirib.
Zərərçəkən Namaz Cəfərovun sözlərinə, həyat yoldaşı bir oğlanla çörəkxana açmaq üçün evi tərk edib:
"Mən dedim ki, getmə, qulaq asmadı. Onun üstündə dalaşdıq, bıçaqladı məni".
Zərərçəkənin anası Dilarə Cəfərova isə deyir ki, nə qədər yalvarıb, lakin onu yolundan döndərə bilməyib:
"Anasına, atasına da "uşağınız belə hərəkət edib. Onu bu yoldan döndərin" dedim, heç biri gəlmədi. Bu səhər polisdən zəng gələndə bilmişəm ki, oğlumu bıçaqlayıb. Hamıdan xəbərsiz evin pulunu götürüb oğlanla qaçıb".
Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib:
"Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Ətaflı süjetdə:

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü N.Cəfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Aynurə Cəfərova ailə münaqişəsi zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.