İrandan gələn Azərbaycan vətəndaşının bağırsağından heroin və tiryək bağlaması çıxarılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Nazim Məmmədovun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanından (düzbağırsağından) 1 ədəd bağlamada, xalis çəkisi 12,77 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 3,52 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.