Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şirvanda 60 yaşlı sahibkarı boynundan bıçaqlayıb qətlə yetirdi, hökm oxundu
Şirvanda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Elşən İslamova hökm oxunub.
"Report" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Xamməd Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında E.İslamov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, E.İslamov Y.Bağırovun qəsəbə ərazisində yerləşən mağazasının arxasındakı torpaq sahəsinə xərc çəkərək abadlaşdırıb və həmin əraziyə ağaclar əkib.
Daha sonra zərərçəkən şəxs həmin torpaq sahəsinin ona aid olduğunu və sözügedən əraziləri öz adına sənədləşdirəcəyini deyib. Belə olduqda E.İslamov ondan torpaq sahəsinə çəkdiyi xərci tələb edib, lakin Y.Bağırov onun çəkdiyi xərci ödəməyib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, hər iki şəxs arasında baş verən münaqişə illərlə davam edib.
İttihamda təqsirləndirilən şəxsin zərərçəkəni öz mağazasında boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirdiyi bildirilib.
E.İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Şirvan şəhərində baş verib. Çılpaqlı qəsəbəsində mağaza işlədən Yavər Bağırov tanışı E.İslamov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələyə baxılıb
- Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "baş redaktor"a hökm oxunub
- Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
- Kənd Təsərrüfatı Nazirliyinin həbsdə olan sabiq vəzifəli şəxsinə bir əmələ görə bəraət verilib
- Ata əkdiyi naringi meyvələrini satan oğlunu güllələdi