Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
XİN rəsmisi Aİ-ni Azərbaycanın daxili işlərinə uğursuz müdaxilədən çəkinməyə çağırıb
"Azərbaycanda növbədənkənar parlament seçkisi ölkənin Konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib".
Oxu.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa İttifaqının seçki ilə bağlı yaydığı məlumata cavab olaraq "X" hesabında yazıb.
"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv iddiası və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçki ilə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçki ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb.
Həmçinin Ayxan Hacızadə Avropa İttifaqını (Aİ) Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələr həyata keçirməməyə çağırıb.
"Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq", - o qeyd edib.
Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi "X" hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisini tənqid edib.
Such a subjective claim & biased political consideration by @ExtSpoxEU repeating preset negative attitude by @osce_odihr towards the elections in #Azerbaijan is null and void.
— Aykhan Hajizada (@Aykhanh) September 3, 2024
Elections took place in complete accordance with the Constitution of the country and its national laws. https://t.co/xRZYQOs4Ex
We call on @eu_eeas officials to realize the futility of their course of unsuccessful interference into the internal affairs of Azerbaijan and focus on internal problems of some EU member states.
— Aykhan Hajizada (@Aykhanh) September 3, 2024
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib
- Azərbaycan "İslam səkkizliyi" təşkilatına üzv seçildi
- Ayxan Hacızadə: "ABŞ-nin Azərbaycana qarşı əsassız iddiaları ikili standartların bariz nümunəsidir"
- Ayxan Hacızadə: "Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir"
- Azərbaycan 2024-2026-cı illər üzrə AQEM-ə Sədrlik edəcək