Daxili İşlər Nazirliyinin Şirvan Şəhər Polis Şöbəsinə şəhər sakini Səfər Fərəcovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Fərəcova xəsarət yetirməkdə şübhəli bilinən sonuncunun qardaşı M.Fərəcov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
10:28
Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Səfər Fərhad oğlu Səfərov qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.