Sumqayıtda qadına qarşı cinayət törədilib.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə martın 30-da baş verib.
Belə ki, Sumqayıt şəhəri ərazisində naməlum şəxs, şəhər sakini Maisə Qurbanovaya zor tətbiq edib mobil telefonunu alıb.
Sumqayıt ŞPİ 4-cü PB və Şəhər Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini İftixar Süleymanov tutulub.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az