"Chevrolet" markalı, 77-AK-984 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Turan İsrafil oğlu Cəbrayılov avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Cəbrayılovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.