Bakıda fahişəliklə məşğul olan qadın saxlanılıb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxtda qadınları əxlaqsızlığa cəlb edən və fahişəliklə məşğul olan Biçə Sərkərova tutulub.
Onun gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.