Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Taksi sürücüsünə bıçaq çəkib pulunu aldı
Sumqayıtda taksi sürücüsü qarət olunub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, iyulun 28-də Təzə Corat qəsəbəsi ərazisində "Opel" markalı avtomobildə olan sərnişinin sürücünü kəsici alətlə hədələyərək 45 manatını talaması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azər Əbuzərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Hədə-qorxu ilə tələb etmə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar