Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə bəzi məlumatlar açıqlanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, cinayət işinin aktında MTN agenti olan qəzet baş redaktorunun Taleh Bağırovla bağlı məlumatları nazirliyə çatdırması qeyd edilib.
“TT” ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə etibarlı münasibətlər yaradılıb.
Həmin baş redaktor Taleh Bağırovun “Müsəlman Birliyi Hərəkatı” adlı qurum yaratmaq istəyi barədə məlumat verib, buna görə də MTN generalı Elçin Quliyevin 30.01.2014-cü il tarixli raportu ilə ona 10 min AZN birdəfəlik pul mükafatı verilib.
Z.Q.
www.oxu.az