Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tanınmış jurnalist üçüncü dəfə həbs olundu
Bir neçə mətbuat orqanında, eləcə də ANS və İTV-də uzun müddət kriminal sahə üzrə fəaliyyət göstərən Azər İsrafilov yenidən həbs olunub.
Oxu.Az-ın məlumatına görə, jurnalist Xətai Rayon Məhkəməsinin onun barəsində çıxardığı həbs qətimkan tədbiri haqqında qərara görə həbs edilib.
Məlumata görə, Azər İsrafilov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müvafiq bəndləri ilə cinayət işi açılaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə istintaqı zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, proseslərin sonuncu mərhələsində o, məhkəmənin çağırışlarına gəlməkdən imtina edərək iclaslarda iştirak etməyib.
Buna görə də onun barəsində həbsli axtarış qərarı çıxarılıb.
Ötən gün jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərdən birindən reportaj hazırlayarkən polis əməkdaşları tərəfindən saxlanılaraq barəsindəki həbs qərarı icra olunub.
Xatırladaq ki, Azər İsrafilov 2014 və 2017-ci illərdə dələduzluq etdiyinə görə iki dəfə həbsdə olub. O, sonuncu dəfə həbs olunarkən ATV televiziyasının "Xəbərlər departamentinin əməkdaşı olub. 2007-2010-cu illərdə ANS-də çalışan jurnalist daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib.
Aqil Vəlili
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- "Abzas Media" işi ilə bağli jurnalistlər ifadə veriblər
- Ərlə arvad qonşunu öldürərək həyətdə basdırmaqda ittiham olunurlar
- Küçədə cinsi əlaqəyə görə avtobus sürücüsünü öldürdülər - HƏSSAS GÖRÜNTÜLƏR
- Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub
- Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin İLGİNC TƏFƏRRÜATI