İtaliyada polis ilk dəfə olaraq, Ndranget sindikatının cinayətlərini araşdırarkən, mafioza adının verilməsi mərasiminin gizli çəkilişlərini yayıb.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarının nəzər nöqtəsinə Lombardiya regionunun Komo və Lekko əyalətlərində fəaliyyət göstərən üç cinayət qrupu düşüb.
Həbslərin əksəriyyəti İtaliyanın şimalında aparılıb, amma bir neçə nəfər Siciliyada saxlanılıb.
İtaliya polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi dəstələri reydlər zamanı ölkənin şimalında ən azı 40 nəfər həbs ediblər.
Ndrangetdə mürəkkəb ayinlər mövcuddur, qruplaşmanın elitası “Santa” adlanır.
Məhz bu elitaya daxil olma mərasimini İtaliyanın şimalında kameralara almaq mümkün olub.
Rimdən olan müxbirin sözlərinə görə mərasim zamanı yeni üzvlər “müdrik qardaşlarının şərəfini qorumağa” and içiblər.
E.Ə.
www.oxu.az