Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Tanışını armaturla döyən şəxs hökmdən narazı qalıb
Ali Məhkəmədə Bakıda tanışını amansızlıqla döyərək xəsarət yetirməkdə təqsirləndirilən Coşqun Novruzovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə 2020-ci ilin noyabrında paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində baş verib.
Belə ki, C.Novruzov tanışı Adil Rəhimovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı küt alətlə amansızcasına döyərək ona ağır xəsarət yetirib.
Xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə müşayiət olunan başın küt travması diaqnozu qoyulub.
Faktla bağlı C.Novruzov barəsində Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
C.Novruzov istintaq və məhkəmə dövründə polis nəzarətində olub.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Obyektini icarəyə verən sahibkarların NƏZƏRİNƏ - Ali Məhkəmədən MÜHÜM QƏRAR
- Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib
- Hansı hallarda cinayətə görə cəzadan daha yüngülü təyin edilə bilər?
- Jurnalistlər "Elektron məhkəmə"dəki məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət ediblər
- Bakı Hərbi Məhkəməsinin hakimi vəfat edib