Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tanışını kafedə amansızca döyən şəxsə CƏZA VERİLDİ
Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fəxrəddin Fərəcovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 10 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafenin zalında qeydə alınıb.
Belə ki, Fəxrəddin Fərəcov tanışı, zərərçəkmiş Vüsal Hacıyevlə (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin guya onu təhqir etməsi olub. Bu zaman o, Vüsalın sifət nahiyəsindən qəsdən yumruqla vuraraq ona xəsarətlər yetirib.
Hadisədən sonra Fəxrəddin Fərəcov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
"Xəzər Rayon Məhkəməsi" teqi üzrə xəbərlər
- Əməkdaşı Ağadadaş Ağayevlə məhkəmə çəkişməsində olan mühafizə xidməti cərimələndi
- Təhqir və böhtana məruz qalan şəxs hansı məhkəməyə müraciət edə bilər?
- Yolu kəsərək tıxac yaradan iki nəfər həbs edildi
- İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb
- Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi
Rəylər