Gürcüstanın paytaxtı Tbilisidə mağazaların birində etnik azərbaycanlı gənc döyülüb, ona qarşı "ölkənə get" kimi ifadələr səsləndirilib.
Oxu.Az 24News.ge-yə istinadən xəbər verir ki, Marina Giorgobiani adlı qadın supermarketin iki əməkdaşını - 2006-cı il təvəllüdlü T.M.-i və 2004-cü il təvəllüdlü E.M.-i təhqir edib.
Daha sonra o, tanışı, 1996-cı il təvəllüdlü J.Ç.-ni çağırıb. J.Ç. bir neçə nəfərlə birlikdə gələrək mağaza işçilərini zorla çölə çıxarıb və qrup halında döyüblər.
Polis hadisədə iştirak edən altı nəfəri müəyyən edib, digərlərinin tutulması istiqamətində istintaq davam edir. Saxlanılan şəxsləri doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.