BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, o, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək tutulub.
* Gecə yaradılan, səhər silinən saxta hesablar: BDU-nun tələbələrini hədəfə aldılar - VİDEO - FOTO
Qurumdan bildirilib ki, əlavə məlumat veriləcək.