Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Tərtər işi” üzrə mühakimə edilən 11 nəfərin hökmü ləğv edilib - YENİLƏNİB + VİDEO
“Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin hökmü ləğv edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Belə ki, “Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən 11 nəfərin - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub və iş baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.
Bildirilib ki, Gəncə Hərbi Məhkəməsində 11 nəfərin hazırlıq iclasına baxılacaq.
09:40
“Tərtər işi” üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya baxışı başlayır.
APA xəbər verir ki, iş Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.
İlk baxış iclası bu günə təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.
Bildirilib ki, plenumda baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Azərbaycanlı iş adamının 2.5 milyon manatını ələ keçirən şəxsin bəraəti ləğv edildi
- Bizneslə bağlı zəruri məlumatların əks olunduğu icmal hazırlandı
- Aliment borcunun silinməsi ilə bağlı Ali Məhkəmədən mühüm QƏRAR
- Yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi yenidən hakim qarşısına çıxarılır
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
Rəylər