Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Texniki baxışa təqdim edilən avtomobildə narkotik aşkarlandı
Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Bildirilib ki, avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə hüquqazidd əməllərin qarşısı alınıb. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzində Bakı şəhər sakini Anar Babayevə məxsus "Land Rover" markalı avtomobilə texniki baxış keçirilərkən ilk tibbi yardım qutusunda olan dərman vasitələrinin arasında xüsusi qablaşdırılmış narkotik maddə aşkarlanıb.
Faktla bağlı ərazi polis orqanı məlumatlandırılıb və zəruri prosessual hərəkətlər aparılmaqla sürücü A.Babayev avtomobillə birlikdə aidiyyəti üzrə təhvil verilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Elvin Hüseynov ölkəni tərk edibmiş - RƏSMİ
- Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI - Hadisənin təfərrüatı
- Məşhur plastik cərrahdan şikayət: "Məni üç dəfə əməliyyat edib pis vəziyyətə qoydu"
- "TikTok"da ucuz mobil telefon satışı adı altında 23 nəfəri aldadan şəxs TUTULDU
- "İki ay əvvəlki qəza ilə bağlı istintaq tədbirləri görülməyib" - Sürücünün iddiasına RƏSMİ CAVAB